Missiyamız
Əsas missiyamız əl cərrahiyyəsi və mikrocərrahiyyə sahəsində beynəlxalq klinik və akademik təcrübəmizi regionumuza ötürmək, bu sahələrdə ixtisaslaşmış tibbi xidmətlərin təşkili və əlçatanlığın artırılmasını təmin etməkdir.
Eyni zamanda əl cərrahiyyəsi, ortoplastik cərrahiyyə və mikrocərrahiyyə üzrə ixtisaslaşmaq istəyən tibbi işçilərin elmi-praktik inkişafına töhfə vermək və davamlı peşəkar yüksəlişi təşviq etmək məqsədini güdürük.
Vizyonumuz
Vizyonumuz əl cərrahiyyəsi və mikrocərrahiyyə sahələrində davamlı akademik fəaliyyətin təmin edilməsi, elmi tədqiqatların aparılması və beynəlxalq elmi icmaya inteqrasiyanın gücləndirilməsini əhatə edir.
İnkişaf strategiyamız çərçivəsində elmi biliklərin istehsalı, akademik nəşrlərin hazırlanması və bilik mübadiləsinin təşviqi həmişə əsas prioritet olaraq qalacaq.